Redaktə
Diqqət!
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
DÖVLƏT QULLUQÇULARININ REYESTRİ İNFORMASİYA SİSTEMİ
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən, stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Dövlət Reyestrinin idarə olunması, məlumatların avtomatlaşdırılmış qaydada toplanması, dəyişdirilməsi, saxlanılması, mühafizəsi, həmçinin sorğu əsasında əldə edilməsi xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.

Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Dövlət İmtahan Mərkəzi tərəfindən birgə aparılır.


2